Köhnə tipli Ukrayna daxili pasportlarından rus dilində yazılar silinməlidir.
Ucnoqta.az xəbər verir ki, Ali Rada bununla bağlı qərar qəbul edib.
"Ali Rada Ukrayna vətəndaşının pasportlarına pasport kitabçası şəklində yazıların yalnız dövlət dilində aparılmasını nəzərdə tutan qərar qəbul edib", - Ukrayna parlamentinin rəsmi saytında bildirilir.
Bundan sonra köhnə pasportlar - pasport kitabçası şəklində - yalnız Ukrayna dilində doldurulmalıdır. İndiyədək belə sənədlərdəki məlumatlar rus dilində təkrarlanırdı; bu qaydalar hələ 1992-ci ildə təsdiq edilmişdir.