Hava hücumundan müdafiə vasitələri Rusiya ərazisi üzərində Ukrayna Silahlı Qüvvələrinin (HQ) 111 pilotsuz uçuş aparatını (PUA) vurub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
Bildirilir ki, Rostov vilayəti üzərində 34 PUA, Bryansk vilayəti üzərində 25 PUA, Kaluga vilayəti üzərində 11 PUA, Novqorod vilayəti üzərində 10 PUA, Belqorod vilayəti və Krım Respublikası üzərində hər biri 7 PUA, Tula vilayəti üzərində 5 PUA, Krasnodar diyarı üzərində 4 PUA, Volqoqrad və Orel vilayətləri üzərində hər biri 2 PUA, Lipetsk və Tver vilayətləri, Moskva vilayəti və Azov dənizinin suları üzərində hər biri 11 PUA məhv edilib.