Finlandiya hakimiyyəti 2026-cı ilin əvvəlinə qədər NATO-nun Ukrayna üçün Təhlükəsizlik Yardımı və Təlim Missiyasındakı (NSATU) əsgərlərin sayını 15-ə çatdırmaq niyyətindədir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
"Finlandiyanın məqsədi 2026-cı ilin əvvəlinə qədər NSATU missiyasına əlavə 10 əsgər göndərməkdir. Vəziyyət tələb edərsə, hərbi kontingent 15 nəfərə qədər artırıla bilər. Finlandiya Silahlı Qüvvələrinin imkanları və missiyanın ehtiyacları nəzərə alınacaq", - deyə bəyanatda bildirilir.
Hazırda NATO missiyasına beş Finlandiya əsgəri göndərilib.