Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı aparıb.
Ucnoqta.az bildirir ki, bu barədə Kreml mətbuat xidməti məlumat verib. Qeyd olunur ki, söhbət 9 oktyabrda MDB sammitində keçirilən söhbətin davamı olub.
İki dövlət başçısı ticarət-iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi və birgə layihələrin həyata keçirilməsinə qarşılıqlı sadiqliklərini bir daha təsdiqləyiblər.
Söhbət zamanı Putin və Əliyev regional əməkdaşlığın və beynəlxalq vəziyyətin bir neçə aspektinə toxunublar və müxtəlif səviyyələrdə əlaqələri davam etdirmək barədə razılığa gəliblər.