Tramp Davos Forumunda iştirak etməyi planlaşdırır

00:02 - 14 Yanvar 2026 - Xəbər

ABŞ Prezidenti Donald Tramp Davosda keçiriləcək Dünya İqtisadi Forumunda (WEF) iştirak etməyi planlaşdırır.

Ucnoqta.az xəbər verir ki, o, bunu işgüzar səfərdə olduğu Miçiqan ştatının Detroyt şəhərinin İqtisadi Klubunda çıxışı zamanı təsdiqləyib.

"Bu səyin bir hissəsi olaraq, gələn həftə Davosda mənzil siyasətimizi ətraflı şəkildə təqdim edəcəyəm. Beləliklə, ev sahibi olmaq istəyən hər bir amerikalı buna imkan verə bilər", - deyə Amerika lideri bildirib.

Xəbər xətti