Şirvanda 4 705 abonentin qaz təchizatı dayandırılacaq

17:42 - 12 Yanvar 2026 - ÖLKƏ İÇİ

Sabah Şirvan şəhərinin bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

Ucnoqta.az xəbər verir ki, Naxçıvan küçəsində yerləşən 1 264 mənzilli, 25 binadan ibarət "MİDA" MMC yaşayış kompleksinin təbii qazla təmin olunması məqsədilə yeni çəkilmiş qaz xəttinin texniki şərtə əsasən "Şirvan Əhali" ölçü qovşağından qidalanan diametri 530 mm-lik mövcud kollektora birləşdiriləcək.

Bu məqsədlə saat 10:00-dan etibarən işlər başa çatanadək Şirvan şəhərinin bir hissəsində (ümumi 4 705 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Xəbər xətti