Tramp İranda çox sayda nümayişçinin öldüyünü bildirib

23:04 - 13 Yanvar 2026 - DÜNYA

ABŞ Prezidenti Donald Tramp İranda "çoxlu sayda" etirazçının öldüyünə inanır.

Ucnoqta.az xəbər verir ki, Tramp işgüzar səfərdə olduğu Detroytda jurnalistlərə verdiyi müsahibədə bildirib.
İslam Respublikasındakı etirazlarda ölənlərin sayına münasibət bildirən Amerika lideri bu məsələ ilə bağlı etibarlı məlumata malik olmadığını etiraf edib.

"Heç kim mənə dəqiq rəqəm deyə bilməyib. Mən daha çox, daha az rəqəmlər görmüşəm", - deyə ABŞ lideri bildirib.

"Yəqin ki, növbəti 24 saat ərzində biləcəyik. Düşünürəm ki, bu, çoxdur", - deyə prezident əlavə edib.

O, həmçinin "say nə olursa olsun, İranda çoxlu öldüyünü" iddia edib.

Xəbər xətti