Qrenlandiya təkcə ABŞ üçün deyil, bütün Qərb ölkələri üçün həyati rol oynayır.
Ucnoqta.az xəbər verir ki, Amerika prezidentinin oğlu sahibkar Erik Tramp "Əl-Ərəbiyyə" televiziyasına verdiyi müsahibədə bildirib.
O, getdikcə daha çox qlobal güclərin Qrenlandiyanın yerləşdiyi bölgəni hərbiləşdirmək niyyətində olduğunu qeyd etsə də, konkret nümunələr gətirməyib. Eyni zamanda, o, atası ABŞ prezidenti Donald Trampın "lazım gələrsə, Qərb həyat tərzinin - əlbəttə ki, Amerika həyat tərzinin, həm də Qərb həyat tərzi olan Avropanın - təhlükəsiz və onların maraqlarını nəzərə almayan qüvvələrdən qorunacağını" əmin edib.