Vyetnam Milli Assambleyası (birpalatalı parlament) keçmiş daxili işlər naziri və Gia Lai əyalətinin Partiya Komitəsinin keçmiş katibi Ho Quoc Dungun baş nazirin müavinləri təyin edilməsini təsdiqləyib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, onların namizədliklərinin təsdiqlənməsi üçün səsvermə hazırda Hanoyda davam edən 15-ci Milli Assambleyanın 10-cu və son iclasında baş tutub.
Baş nazir Pham Min Çinin əlavə iki müavininin namizədliyini təsdiqləyən qətnamə iclasda iştirak edən 430 üzvdən 429-nun dəstəyini qazanıb.
Mərkəzi Nge An əyalətindən olan 61 yaşlı Pham Thi Thanh Tra Vyetnam tarixində ilk qadın baş nazirin müavini olub.