Xalq artisti Firəngiz Mütəllimova “Təhminə” filminə dəvət alsa da, razılığa gələ bilmədiklərini iddia edib.
Ucnoqta.az kulis.az-a istinadla xəbər verir ki, Xalq artisti bu barədə bildirib:
“Təhminə obrazına məni çəkəcəkdilər. Çatan kimi yataq səhnəsini göstərdilər, dedim, çəkilmirəm. Hər şey yataqdan başlamır ki. Təhminə hər qadına qismət olmayan obrazdır. Bildim ki, məni çəkməyəcəklər. Türk aktrisanı çəkdilər, o da alınmadı. Çünki türklərlə həyat tərzimiz fərqlidir. O obrazı ancaq azərbaycanlı aktrisa lazımi səviyyədə oynaya bilərdi”.