Livan məhkəməsi Liviyanın mərhum lideri Müəmmər Qəddafinin (1942-2011) oğlu Hannibal Qəddafinin 11 milyon dollar girov müqabilində azadlığa buraxılmasına qərar verib.
Ucnoqta.az xəbər verir ki, onun vəkili oktyabrın 17-də Ədliyyə Sarayında dindirildikdən sonra jurnalistlərə bildirib ki, müstəntiq bu qərarı verib.
Qəddafinin 50 yaşlı oğlu 2015-ci ildən Livanda həbsdədir. O, siyasi mühacirətdə yaşadığı qonşu Suriyadan Amal silahlıları tərəfindən oğurlanıb və sonra Livanın hüquq-mühafizə orqanlarına təhvil verilib.
2017-ci ildə müttəhim 1978-ci ildə Liviyada yoxa çıxan şiə imamı Musa Sədr haqqında məlumatları gizlətməkdə ittiham olunub.