Biləsuvar rayonunda icma üzvlərinə pulsuz hüquqi yardım göstərilir.
Ucnoqta.az xəbər verir ki, Biləsuvarda Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin əsas missiyası qadınların sosial-iqtisadi inkişafını təmin etməkdir.
Sosial-iqtisadi inkişafın adı altında qadınlara göstərdiyimiz xidmət zamanı aşkarlanan həlli vacib məsələlərdən biridə məişət zorakılığıdır. Gender əsaslı məişət zorakılığının aradan qaldırılması ilə bağlı nə edərik? sualının cavabını icma məsləhətçi paraleqalların hazırlanmasında tapdıq. Bu fəaliyyət Azərbaycanda ilkdir.
Peşəkar hüquq mütəxəssislərindən 3 aylıq təlim kursundan yüksək göstəricilərlə qiymətlənən 2 paraleqal təşkilatımıza müraciət etmiş zorakılığa məruz qalan aztəminatlı şəxslərə tam ödənişsiz hüquqi xidmətlərə çıxışını təmin edəcəkdir.
Bu xidmətlərə iddia ərizələrinin, şikayət ərizələrinin hazırlanması, tərəflər arasında münasibətlərin tənzimlənməsi daxildir. Çalışırıq ki, məişət zorakılığına məruz qalan şəxslərin məhkəməyə müraciət etməsində heç bir əngəl qalmasın. Çünki zorakılığa məruz qalmış şəxs vəkil xidmətindən istifadə edən zaman öz imkanlarından kənar məbləğlə qarşılaşır, bu rüsumu ödəyə bilməyəcəyi təqdirdə şikayətçi qismində çıxış edə bilmir və nəticədə zorakılığa məruz qaldığı evə dönmək məcburiyyətində qalır bu təqdirdə zorakılıq halı daha şiddətli hal alır. Bu problemli halı fəaliyyət göstərdiyimiz rayon daxilində bir nümunə olaraq tətbiq edərək nəticəsini aidiyyatı qurumlarla müzakirə etdikdən sonra digər regionlarada yaymaq fikrindəyik.