Hindistan 2040-cı ildə Aya astronavt göndərəcək

15:04 - 24 Dekabr 2024 - DÜNYA

Hindistan 2040-cı ilə qədər Aya hindistanlı astronavt endirməyi hədəfləyən iddialı kosmik proqram yaradıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Hindistan Kosmik Tədqiqatlar Təşkilatının (ISRO) sədri Sridhara Somanath NDTV-yə bildirib.

“Biz müstəqilliyimizin 100 illiyini qeyd edəndə Hindistan bayrağı Ayda dalğalanacaq. Bu, 2040-cı ildə baş verəcək”, - deyə o bildirib.

Onun sözlərinə görə, bu yol xəritəsi çərçivəsində Hindistan 10 ildən sonra özünün kosmik stansiyası yaratmağı planlaşdırır.
Bunun xəbərçisi kosmik stansiya modulunun 2028-ci ildə buraxılması olacaq ki, bu da onun tam operativ şəkildə yerləşdirilməsinə zəmin yaradacaq.

Xəbər xətti