ABŞ prezidenti Co Bayden ölkənin 2025-ci maliyyə ili üçün (oktyabrın 1-də başlayıb) müdafiə büdcəsini 895 milyard dollar həcmində təsdiqləyib
Ucnoqta.az xəbər verir ki, bu Ağ Evin bəyanatında deyilir.
Bu vəsait ABŞ Müdafiə Nazirliyinə və hərbi tikinti proqramlarına, Energetika Nazirliyinin milli təhlükəsizlik proqramlarına və kəşfiyyat proqramlarına gedəcək.
Nümayəndələr Palatası layihəni dekabrın 11-də, Senat isə dekabrın 18-də təsdiqləyib.
Sənəddə həmçinin qeyd olunur ki, Pentaqona mədən yanacaqları ilə əməliyyatlar aparan şəxslərlə, habelə Rusiya hökuməti və ya Rusiyanın enerji sektoru ilə müqavilələr bağlamaq qadağandır.