ABŞ prezidenti Co Baydenin administrasiyası yaxın günlərdə Ukraynaya 1,2 milyard dollarlıq son yardım paketini açıqlayacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, paketə döyüş sursatı və zenit raketləri daxil olacaq. Paketin konkret məzmununun yaxın günlərdə açıqlanması gözlənilir.