Böyük Britaniyanın respublikanın Daxili İşlər Nazirliyinin rəhbəri Vaxtanq Qomelauri və digər yüksək vəzifəli şəxslərə qarşı sanksiyalar tətbiq etməsindən sonra Gürcüstan Xarici İşlər Nazirliyi Böyük Britaniyanın Tbilisidəki səfiri Qaret Uordu çağırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Gürcüstan İctimai Yayımının Birinci Kanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, səfir artıq Gürcüstan Xarici İşlər Nazirliyinin binasına gəlib, lakin mediaya heç bir şərh verməyib. Gürcüstan Xarici İşlər Nazirliyinin nümayəndələri diplomatla danışırlar.
Böyük Britaniya cümə axşamı sanksiya siyahısına Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri, onun müavini Aleksandr Daraxvelidze və Tbilisi polis idarəsinin rəisi Sulxan Tamazaşvilini daxil edib.
Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlarla İş üzrə Departamentinin rəhbəri, Gürcüstan xüsusi təyinatlılarına rəhbərlik edən Zviad Xarazişvili və onun müavini Mileri Laqazauri də qara siyahıya salınıb.