Dekabrın 20-də Ukrayna Rusiya ordusunun kütləvi hücumuna məruz qalıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Shot Telegram” kanalı məlumat yayıb.
Borispol hava limanı yaxınlığında Rusiya Silahlı Qüvvələrinin endirdiyi zərbədən sonra anbarlar yanıb.
Kanalın ilkin təsdiqlənməmiş məlumatına görə, hücum hipersəs raketləri ilə həyata keçirilib.
Məlumata görə, ən azı beş zərbə endirilib.
Sosial şəbəkədə hücumu Kirillovun qətlinə görə cavab zərbəsi adlandırılıb. Lakin hələlik bu məlumatın rəsmi təsdiqi yoxdur.