ABŞ diplomatları Dəməşqdə Suriyanın yeni səlahiyyətliləri ilə görüşəcək - Reuters

10:38 - 20 Dekabr 2024 - DÜNYA

ABŞ-ın yüksək səviyyəli diplomatları Dəməşqdə Heyət Təhrir əl-Şam silahlı qruplaşmasının rəhbərlik etdiyi Suriya keçid hökuməti ilə görüşəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, ABŞ dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi Barbara Leaf, ABŞ prezidentinin girovlarla bağlı xüsusi elçisi Rocer Karstens və Suriya üzrə yeni təyin olunmuş baş məsləhətçi Daniel Rubinşteyn prezident Bəşər devrilməsindən sonra Dəməşqə səfər edən ilk amerikalı diplomat olublar. 
Agentliyin məlumatına görə, səfər Qərb hökumətlərinin HTŞ ilə tədricən əlaqələr qurması, həmçinin qrupun terror təşkilatı statusunun götürülməsi imkanlarının müzakirəsi fonunda baş verir.

Reuters xəbər verir ki, görüşlər zamanı amerikalı rəsmilər HTS nümayəndələri ilə Vaşinqtonun Suriyada siyasi keçid prosesində görmək istədiyi azlıqların hüquqlarına hörmət də daxil olmaqla bir sıra prinsipləri müzakirə edəcəklər.
Qeyd olunur ki, nümayəndə heyəti 2012-ci ilin avqustunda Suriyada əsir götürülən amerikalı jurnalist Ostin Tice və itkin düşmüş digər ABŞ vətəndaşları haqqında da məlumat əldə etməyə çalışacaq.

Xəbər xətti