NATO Rusiya ilə müharibəyə hazırlaşır - Qruşko

10:27 - 20 Dekabr 2024 - DÜNYA

Şimali Atlantika Alyansı Rusiya ilə müharibəyə hazırlaşır, Moskva hərbi planlaşdırmada bu riskləri nəzərə alır və Qərbə bununla eksperiment aparmağı məsləhət görmür.

Ucnoqta.az xəbər verir ki, bunu kp.ru saytına müsahibəsində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.

“Vəziyyətin bu cür sınaqlara səbəb olmasına imkan verməmək hər kəsin maraqlarına uyğundur. Rusiya ardıcıl olaraq birbaşa münaqişənin qarşısını almaq, o cümlədən hərbi imkanlarımızı nümayiş etdirmək siyasətini davam etdirir. Bizimlə “güc ölçməyin” mümkün nəticələri ilə bağlı göndərdiyimiz siqnalların qarşı tərəfdən oxunduğunu söyləmək üçün hər cür əsas var”, - deyə o bildirib.

“Bir sözlə, NATO Rusiya ilə silahlı münaqişəyə hazırlaşır. Hərbi təhlükəsizliyin gücləndirilməsi ilə bağlı təkliflərimiz ABŞ və müttəfiqləri tərəfindən rədd edildi. NATO-nun aqressiv davranışı və bununla bağlı Rusiyanın təhlükəsizliyinə birbaşa risklər hərbi inkişaf və müdafiə planlaması prosesində nəzərə alınır”, - diplomat əlavə edib ki, istənilən ssenaridə Rusiyanın təhlükəsizliyi təmin olunacaq.

Qruşkonun sözlərinə görə, NATO-nun ümumi kursu həm Rusiya, həm də qlobal və regional təhlükəsizliyin ümumi arxitekturasına təhlükə yaradır.

Xəbər xətti