Yaponiya Ukraynaya yardım üçün 3 milyard dollar ayırır və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirir
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Yaponiya G7 təşəbbüsü çərçivəsində Rusiya Federasiyasının dondurulmuş aktivlərindən əldə edilən gəlirlər hesabına ödəniləcək 50 milyard dollarlıq kredit üçün 3 milyard dollar ayırıb.
Yaponiya Xarici İşlər Nazirliyinin rəhbəri ilə görüşdən sonra Ukraynanın baş naziri Denis Şmıqal da Ukrayna və Yaponiyanın informasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında saziş imzaladığını açıqlayıb.
Bundan başqa, müzakirə olunan mövzular enerji sektoruna dəstək, humanitar minatəmizləmə, birbaşa büdcə dəstəyi, təcavüzkara qarşı sanksiyaların gücləndirilməsi və Ukraynanın bərpası olub.