“Azerçay” COP29 çərçivəsində Panel Müzakirəsi keçirib

15:50 - 16 Noyabr 2024 - Xəbər

“Azerçay”ın təşkilatçılığı ilə COP29 çərçivəsində “Azərsun Holdinq”in pavilyonunda “Çay Sənayesində Fermerlərin Gücləndirilməsi” mövzusunda panel müzakirəsi baş tutub. Bu tədbir, çay sənayesinin inkişafı və fermerlərə verilən dəstəklərin əhəmiyyəti ilə bağlı geniş müzakirə imkanları yaradıb.

Panel müzakirəsini açan “Azerçay” markasının marketinq müdiri Tərlan Lətifov, ilk olaraq çayın zəngin tarixi və dərin mədəniyyəti haqqında məlumat verib. O, çayın yalnız içki deyil, eyni zamanda Azərbaycan mədəniyyətinin ayrılmaz bir hissəsi olduğunu vurğulayıb.

Müzakirə zamanı, kənd təsərrüfatında çayın əhəmiyyəti və bu sahənin inkişafı üçün fermerlərə verilən dəstəklərin vacibliyi barədə geniş fikirlər irəli sürülüb. Çıxışçılar, fermerlərin gücləndirilməsi və çay istehsalının keyfiyyətinin artırılması üçün müxtəlif müasir yanaşmalar və innovasiyaların tətbiqinə xüsusi diqqət yetiriblər. Müzakirə iştirakçıları həmçinin çayın müasir standartlara uyğun şəkildə, əl dəymədən qablaşdırılması barədə məlumat verərək, istehsal proseslərinin təkmilləşdirildiyini bildirib.

Qeyd edək ki, “Azerçay” COP29-da çay təminatçısıdır və bu mühüm tədbir çərçivəsində Mavi Zonanada yerləşən Azərbaycan pavilyonunda gələn qonaqlara çay təqdim olunur. Çay mədəniyyəti haqqında məlumatlar verilir Həmçinin, Yaşıl Zonanada yerləşən “Azərsun Holdinq” pavilyonunda da “Azerçay” qonaqları qarşılayır.


Xəbər xətti