Boks üzrə keçmiş mütləq dünya çempionu Mayk Tayson təqaüdə çıxmaq istəmir və növbəti döyüşünü 2025-ci ildə keçirməyi planlaşdırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a Taysonun nümayəndəsi məlumat verib.
Şənbə günü boksçu səkkiz raundluq döyüşdə yekdil qərarla bloqqer Ceyk Paula məğlub olub.
"Mayk hələ də boksla məşğul olmaq istəyir. O, növbəti döyüşünü 2025-ci ildə keçirə bilər. Biz onun rəqibi ilə bağlı məsələləri daha sonra nəzərdən keçirəcəyik", - agentliyin həmsöhbəti bildirib.
Taysonun 58 yaşı var. Onun 50 qələbəsi (44-ü nokautla) və 7 məğlubiyyəti var. Daha iki döyüş etibarsız sayılıb.