“Zəfər Yolu”nda elektron tərəzi quraşdırılır

12:01 - 16 Noyabr 2024 - ÖLKƏ İÇİ

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) “Zəfər Yolu”nda ağırçəkili nəqliyyat vasitələrinə nəzarət etmək üçün elektron tərəzi quraşdırır.

Bu barədə Ucnoqta.az-a AAYDA-dan bildirilib.

Məlumata görə, ümumi istifadədə olan avtomobil yollarının qorunması üçün Hərəkətdə olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin çəki və kütlə parametrlərini ölçən texniki vasitələrin (elektron tərəzilərin və çiplərin) ümumi istifadədə olan avtomobil yollarında quraşdırılması işləri davam etdirilir.

Bu çərçivədə ”Zəfər Yolu”nun 21.4-cü kilometrində elektron tərəzinin quraşdırılmasına başlanılıb.

Avtomobil yollarında yeni texnologiyaya əsaslanan elektron tərəzilərin quraşdırılması prosesi 2 mərhələ üzrə aparılır. 1-ci mərhələdə 11 yerdə 17 tərəzi, 2-ci mərhələdə 20 yerdə 34 olmaqla, ümumilikdə 31 yerdə 51 tərəzinin quraşdırılması planlaşdırılıb.

Layihənin 2026-cı ilin sonlarında yekunlaşdırılması planlaşdırılır.

Xəbər xətti