Genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə qlobal şirkət olan “Ookla”nın oktyabr ayı üzrə hesabatına əsasən, Azərbaycanda genişzolaqlı internetin sürəti son 12 ay ərzində əhəmiyyətli dərəcədə artaraq orta hesabla 57,62 Mbit/s-ə çatmışdır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov bildirib. Ekspertin szlərinə grə, bu, illik sürətin 89% artımı deməkdir:
"Bu nailiyyət, Azərbaycanın beynəlxalq reytinqdə 3 pillə irəliləyərək 93-cü yerdə qərarlaşmasına səbəb olmuşdur.
Qeyd edim ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində genişzolaqlı internetə çıxış imkanı əldə edən ev təsərrüfatı və biznes subyektlərinin sayı artaraq 99,1%-ə yüksəlmişdir.
İlin bitməsinə çox qısa müddət qalıb və bu müddət ərzində RİNN-nin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində bütün ölkə üzrə #internet infrastrukturu genişzolaqlı internet ilə təmin olunmalıdır. Qeyd edilir ki, digər bölgələrdə də yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir. İlin sonunu səbrsizliklə gözləyirəm, çünki bu layihənin ölkənin rəqəmsal infrastrukturunun inkişafına mühüm töhfə verəcəyinə inanıram".