Abxaziyada etiraz aksiyaları zamanı yaralananların sayı artıb

12:45 - 16 Noyabr 2024 - DÜNYA

Abxaziyada hökumət binaları kompleksi yaxınlığında baş verən iğtişaşlar zamanı xəsarət alanların sayı 14 nəfərə çatıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Apsnypress” respublika xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, mumilikdə 14 vətəndaş müxtəlif dərəcəli bədən xəsarətləri ilə respublika xəstəxanasına müraciət edib.
 Onların hamısına həm ambulator, həm də stasionar lazımi tibbi yardım göstərilib.

Xəbər xətti