Parisin İssi-le-Mulinea qəsəbəsində naməlum şəxs restoranda insanları girov götürüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.
Telekanal qeyd edib ki, İssi-le-Moulineaux ətrafında yerləşən restoranın sahibi, ilkin məlumatlara görə, dörd əməkdaşını girov götürüb və binada barrikada qurub.
Restorana Paris BRI polisinin xüsusi təyinatlı dəstəsi gəlib.
Hadisənin baş verdiyi ərazi hüquq-mühafizə orqanlarının mühüm qüvvəsi tərəfindən mühasirəyə alınıb. Xilasedicilər də hadisə yerindədir.