Samir Abasov "Sumqayıt"la yollarını ayırdı

10:58 - 14 Oktyabr 2024 - İDMAN

Samir Abasov qarşılıqlı razılıq əsasında "Sumqayıt" klubu ilə yollarını ayırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, “Neftçi” PFK ilə əldə olunmuş razılıq və Samir Abasovun şəxsi istəyini nəzərə alaraq baş məşqçi ilə “Sumqayıt” Futbol Klubu arasında əməkdaşlıq başa çatıb. 

Qeyd edək ki, Samir Abasov 2022-ci ildən "Sumqayıt" klubunu çalışdırırdı.

Xəbər xətti