Şri-Lankanın baş naziri istefa verib

08:37 - 23 Sentyabr 2024 - DÜNYA

Şri-Lankanın baş naziri Dinaş Qunavardena istefa verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Şri-Lankanın “Daily Mirror” qəzeti baş nazirin prezident seçkilərinin qalibi Anur Kumar Dissanayakeyə məktubuna istinadən məlumat yayıb.

Qunavardena müraciətində yeni hökumətin təyin edilməsi üçün yer yaratmaq məqsədilə yeni prezidentin seçilməsi ilə əlaqədar vəzifəsini tərk etdiyini bildirib.

Sentyabrın 22-də Dissanayake tezliklə parlament seçkilərinin keçiriləcəyini elan edib.

Xəbər xətti