Bu gün Pirşağıda qaz olmayacaq

08:37 - 19 İyul 2024 - Xəbər

Sabunçu rayonunun Pirşağı qəsəbəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə “Azəriqaz” İB-dən bildirilib.

Bildirilir ki, Sabunçu rayonu, Pirşağa qəsəbəsində qaz xəttinin dayaqlar üzərinə qaldırılması məqsədi ilə 19.07.2024-cü il saat 10:00-dan etibarən işlər yekunlaşanadək qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu, Pirşağa qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xəbər xətti