Məktəbdə smartfon telefonlar qadağan olunacaq? - RƏSMİ AÇIQLAMA

17:24 - 29 Fevral 2024 - Cəmiyyət

Hazırda 200-dən artıq məktəbdə smartfon telefonlar qadağandır.

Ucnoqta.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə çıxışı zamanı deyib.

“Növbəti illərdə bu məktəblərin sayı artırılacaq. Əvvəl məktəblərdə olan davalarla indikilər arasında tək fərq odur ki, əvvəl telefon istifadə edilmirdi. İndi isə dərhal hadisə çəkilir, sosial şəbəkədə yayılır”,- deyə nazir bildirib.

Xəbər xətti