Rusiya və Ukrayna Zelenskisiz gizli sülh danışıqlarına başlayıb
Ucnoqta.az xəbər verir ki, bu barədə amerikalı jurnalist Seymur Herş deyib. Onun sözlərinə görə, Rusiya və Ukrayna Ukrayna prezidenti Volodimir Zelenskinin etirazlarına məhəl qoymadan gizli sülh danışıqlarına başlayıb. O, qeyd edir ki, bu danışıqlar iki ölkənin ali hərbi rəhbərləri tərəfindən aparılır və artıq müəyyən irəliləyiş əldə olunub.