Stoltenberq Türkiyəyə səfər edəcək

11:33 - 2 İyun 2023 - DÜNYA

NATO-nun baş katibi Yens Stoltenberq iyunun 3-də Ankaraya səfər etmək niyyətindədir.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb. Məlumata görə, NATO-nun baş katibi Yens Stoltenberq prezident Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün iyunun 3-də Ankaraya gələcək.

Alyansın baş katibinin Türkiyə paytaxtına səfəri ilə bağlı digər təfərrüatlar hələlik açıqlanmayıb. Stoltenberqin Ankarada görüşəcəyi siyasətçilərlə hansı mövzuları müzakirə edə biləcəkləri barədə də məlumat yoxdur.

Hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbərlik etdiyi Respublikaçılar Alyansının vahid namizədi olan Ərdoğan səsvermənin ikinci turunda yenidən Türkiyə prezidentliyinə seçilib.

Xəbər xətti