Emin Əmrullayev Masallıda vətəndaşları qəbul edəcək

16:49 - 29 Aprel 2024 - ÖLKƏ İÇİ

Elm və təhsil naziri Emin Əmrullayev mayın 17-də Masallı rayonunda vətəndaşları qəbul edəcək.

Nazirlikdən bildirilib ki, qəbulda Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad və Yardımlı sakinləri iştirak edə bilərlər.

Adları çəkilən rayonların sakinləri mayın 10-u saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytından elektron formada və ya +994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.

Xəbər xətti