Prezidenti təhqir edən şəxs həbs olundu

15:51 - 30 Aprel 2024 - DÜNYA

Namanqan Şəhər Məhkəməsi 2023-cü ilin mayında Moskvada keçirilən Qələbə Paradında iştirak etdiyi üçün Özbəkistan prezidenti Şavkat Mirziyoyevi təhqir edən yerli sakini 5 il müddətinə azadlıqdan məhrum edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Məhkəmə müttəhimi “Özbəkistan Respublikasının Prezidentinə hücum, ictimai təhqir” maddəsinin üçüncü hissəsi ilə təqsirli bilib.

28 yaşlı Namanqan sakini sosial şəbəkələrdə Mirziyoyevin Moskvada keçirilən Qələbə Paradında iştirakı ilə bağlı 2023-cü ilin may ayından xəbərlərin skrinşotunu yerləşdirib. O, bu yazının altında tədbirdə iştirakına görə dövlət başçısına ünvanlanan təhqiramiz şərh yazıb.

Xəbər xətti