İsrail ordusu Qəzzanın şimalına zərbə endirib

11:54 - 30 Aprel 2024 - Xəbər

İsrail hərbçiləri Qəzza zolağının şimal hissəsindəki ərazilərdən birinə hücum edib.

Ucnoqta.az xəbər verirt ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, bir gün əvvəl İsrailin cənubundakı Sderot şəhəri oradan atəşə tutulub, hava hücumundan müdafiə sistemləri onun istiqamətində atılan mərmi uğurla dəf edib və itkilər barədə məlumat yoxdur. Ordunun bildirdiyinə görə, qısa müddət sonra İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri əraziyə hücum edərək, tank əleyhinə raket buraxılış məntəqəsini, tunel şaftını və fələstinli radikalların istifadə etdiyi bir sıra digər infrastruktur obyektlərini vurub.

Xəbər xətti