Bu məktəblərin şagirdləri maksimal bal toplayıb - SİYAHI

15:27 - 30 Aprel 2024 - Xəbər

2024-cü il aprelin 7-də keçirilən buraxılış imtahanda iştirakı nəzərdə tutulan 55 587 nəfərdən 422 nəfər imtahana gəlməyib.

Bu barədə Ucnoqta.az-a DİM-dən məlumat verilib.

Bildirilib ki, tələb olunan imtahan qaydalarını pozduğu üçün 8 nəfərin nəticəsi ləğv olunub.

7 aprel 2024-cü ildə ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında 300 bal toplayan şagirdlərin siyahısı

1. Əmiraslanlı Tuncay Natiq oğlu (Sumqayıt şəhəri, 23 saylı orta məktəb)

2. Xəlilli Aylin Elşən qızı (Mingəçevir şəhəri, Təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü lisey )

3. Həsənli Aydın Çingiz oğlu (Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 1 saylı orta məktəb)

4. Alıyev Nəsib Şamil oğlu (Bakı şəhəri, 270 saylı orta məktəb)

Xəbər xətti