Vilayət Eyvazov kapitanı bu rayona DYP rəisi təyin etdi

10:57 - 30 Aprel 2024 - ÖLKƏ İÇİ

Polis kapitanı Natiq Həsənov İsmayıllı Rayon Polis Şöbəsinin DYP bölməsinin rəisi vəzifəsinə təyin olunub.

Ucnoqta.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Qeyd edək ki, N.Həsənov bu təyinatadək Ağdaş Polis Şöbəsinin DYP bölməsinin yol-patrul xidmətinin baş inspektoru vəzifəsində çalışıb.

Xəbər xətti