Gürcüstan parlamenti qalmaqallı qanun layihəsini ikinci oxunuşda dəstəkləyib

19:35 - 29 Aprel 2024 - DÜNYA

Gürcüstan parlamentinin Hüquq Komitəsi “Xarici agentlər haqqında” qanun layihəsini ikinci oxunuşda dəstəkləyib.

Ucnoqta.az xəbər verir ki, hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası isə ölkə parlamentinin binası qarşısında öz təşəbbüslərini, o cümlədən xarici agentlər haqqında qanunun qəbulunu dəstəkləmək üçün minlərlə insanın iştirakı ilə mitinq keçirir.

Gürcüstan bayraqları ilə minlərlə insan Tbilisinin Rustaveli prospektini doldurub. İnsanlar mitinqə gəlməkdə davam edir. 

Çoxlu aksiya iştirakçısı rayonlardan avtobus və mikroavtobuslarla mütəşəkkil şəkildə paytaxta gətirilib. Müxalifət televiziya kanallarının verdiyi məlumata görə, toplaşanlar arasında mitinqdə iştirak etməli olan çoxlu hökumət işçiləri də var.

Xəbər xətti