Mehriban Əliyeva Ülviyyə Fətəliyevanı təbrik etdi

21:06 - 29 Aprel 2024 - Cəmiyyət

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Avropa çempionu titulunu qazanan Azərbaycanın ilk qadın şahmatçısı Ülviyyə Fətəliyevanı təbrik edib.

Ucnoqta.az xəbər verir ki, təbrik Birinci vitse-prezidentin rəsmi instaqram səhifəsində paylaşılıb.

"Əziz Ülviyyə! Parlaq qələbə münasibətilə səni ürəkdən təbrik edirəm! Əməyinə və iradənə görə çox sağ ol! Səninlə fəxr edirəm! Azərbaycana Qələbələr yaraşır!", - paylaşımda deyilir.

Xəbər xətti