NATO alyansın genişlənməsində yeni mərhələyə başlayıb - Şoyqu

15:27 - 25 May 2023 - DÜNYA

NATO Ukrayna böhranından Şərqi və Mərkəzi Avropada qüvvələrini artırmaq üçün bəhanə kimi istifadə edir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu Minskə səfəri zamanı danışıb.

"NATO öz qruplaşmalarını yaratmaq üçün Ukrayna böhranından bəhanə kimi istifadə edir. Alyansın genişlənməsinin növbəti mərhələsinə start verilib", - Şoyqu bildirib.

O qeyd edib ki, Şərqi və Mərkəzi Avropada hərbi infrastruktur yenilənir, zərbə silahları yerləşdirilir.

Bundan əlavə, blok ölkələri daha tez-tez birgə təlimlər keçirməyə başladılar, onların miqyası genişləndi. Belə ki, regionda ən böyük Defender Europe 2023 təlimlərinin keçirilməsi planlaşdırılır ki, bu təlimlərdə hətta alyansa üzv olmayan dövlətlər də iştirak edəcək.

Bununla paralel olaraq, nazir qeyd edib ki, NATO daha aqressiv ritorika ilə çıxış etməyə, eləcə də Şərqi Avropada nüvə silahının istifadəsini sınaqdan keçirmək üçün birgə missiyalar keçirməyə başlayıb. ABŞ-ın qlobal raketdən müdafiə sistemi də təkmilləşdirilir.

Şoyqu Böyük Britaniyanın Ukraynaya tükənmiş uranla mərmilər verdiyini, habelə Rusiyanın strateji obyektlərinə qarşı təxribat cəhdləri və zərbələr barədə xatırladıb.

Xəbər xətti