Özünü güllələyən əsgərimiz xəstəxanada ölüb (Yenilənib)

08:36 - 7 Dekabr 2022 - HADİSƏ

Dövlət Sərhəd Xidməti özünü güllələyən əsgərin ölümü ilə bağlı rəsmi açıqlama yayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə DSX məlumat yayıb. Bildirilib ki, 30 noyabr 2022-ci il tarixindən müalicəsi Gəncə Mərkəzi Klinikasında davam etdirilən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nuriyev Kənan Hafiz oğlu həkimlərin göstərdiyi səylərə baxmayaraq, 6 dekabr 2022-ci il tarixində xəstəxanada vəfat edib.

 

“Dövlət Sərhəd Xidmətinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir”,- deyə məlumatda qeyd olunub.

 


08:31

 

Bir neçə gün əvvəl Dövlət Sərhəd Xidmətinin (DSX) özünü güllələyən hərbi qulluqçusu, əsgər Nuriyev Kənan Hafiz oğlu ölüb.

Ucnoqta.az xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, o bu gün müalicə olunduğu xəstəxanada vəfat edib.

Qeyd edək ki, fakt üzrə Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Xəbər xətti