Evdə 61 yaşlı kişinin meyiti tapılıb

10:44 - 23 Yanvar 2022 - HADİSƏ

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Quba şəhərində 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Ucnoqta.az FHN-nin saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1961-ci il təvəllüdlü Hüseynov Qabil Nəsib oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti