Muğam ifaçısı ağır avtomobil qəzası keçirtdi: "Başım partladı..."

19:11 - 6 Noyabr 2021 - HADİSƏ

Muğam müsabiqəsinin qalibi Pərviz Qasımovun başına iş gəlib.

Lent.az-ın məlumatına görə, xanəndə "Tam vaxtıdır" verlişində bildirib ki, bir müddət öncə avtomobil qəzası keçirib:

"Rusiyayaya toya getmişdim. Orada ağır avtomobil qəzası keçirtdim. Hətta burnumun üstündə tikiş izi qalıb. Başım, dizim dağılmışdı. O qəzadan sağ çıxmaq möcüzə idi. İki gün komada qaldım. Sağaldım, sonra Bakıya qayıtdım. Çox pis qəza idi. Başımın ortası dağılmışdı. Artıq instaqramda heçb nə paylaşıram. Çünki gözə gəlməkdən qorxuram". 

Xəbər xətti