Ucnoqta.az
www.ucnoqta.az

Muğam ifaçısı ağır avtomobil qəzası keçirtdi:<font color=red><b> "Başım partladı..."</b></font>

19:11 - 6 Noyabr 2021 tarixində dərc olunub.

Muğam müsabiqəsinin qalibi Pərviz Qasımovun başına iş gəlib.

Lent.az-ın məlumatına görə, xanəndə "Tam vaxtıdır" verlişində bildirib ki, bir müddət öncə avtomobil qəzası keçirib:

"Rusiyayaya toya getmişdim. Orada ağır avtomobil qəzası keçirtdim. Hətta burnumun üstündə tikiş izi qalıb. Başım, dizim dağılmışdı. O qəzadan sağ çıxmaq möcüzə idi. İki gün komada qaldım. Sağaldım, sonra Bakıya qayıtdım. Çox pis qəza idi. Başımın ortası dağılmışdı. Artıq instaqramda heçb nə paylaşıram. Çünki gözə gəlməkdən qorxuram". 

Müəllif: