Cəlilabadda dumanlı hava qəzaya səbəb oldu - FOTO

22:30 - 20 Oktyabr 2021 - HADİSƏ

Cəlilabad rayonunda iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Pərdi kəndində qeydə alınıb.

Belə ki, “VAZ 21099” və “VAZ 2106” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

Hadisəyə səbəb kimi havanın dumanlı olması göstərilir.

Faktla bağlı araşdırma aparılır.

 


Xəbər xətti