Şəkidə mənzildən 360 min rubl oğurlanıb

13:46 - 25 Sentyabr 2021 - HADİSƏ

Şəkidə mənzildən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Şəki Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 24-nə keçən gecə Kiş kəndindəki evlərin birindən 360 000 rubl (təxminən 8 500 manat – red.) pul və 1 840 manat dəyərində qızıl boyunbağı oğurlamaqda şübhəli bilinən kənd sakini, ev sahibinin qohumu olan Q. Rəsulov müəyyən edilərək saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanıb

Xəbər xətti