Gəncədə avtomobil işıq dirəyinə çırpılıb, sürücü ölüb - FOTO

15:12 - 19 Fevral 2021 - HADİSƏ

Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib.

Ucnoqta.az APA-ya istinadən bildirir ki, hadisə şəhərin Eminbəyli küçəsində qeydə alınıb. Belə ki, "VAZ 2107" markalı minik avtomobili işıq dirəyinə çırpılıb.

Hadisə nəticəsində sürücü, 1962-ci il təvəllüdlü Arzu İbrahimov hadisə yerində dünyasını dəyişib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti