Biləsuvarda ağır yol qəzası olub- 2 nəfər ölüb

Biləsuvar rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə ötən gün axşam saatlarında yeni çəkilmiş Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Biləsuvar şəhər sakini, Ağayev Kamal Mehdi oğlunun idarə etdiyi "Niva" markalı minik avtomobilinin aşması nəticəsində özü və qadın sərnişini hadisə yerində ölüblər.

Qadın sərnişinin şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu yol təmir edilib istifadəyə verildikdən sonra ölümlə nəticələnən ikinci yol qəzasıdır.

Tarix
20 Sentyabr 2020 [09:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-09-20 09:30:26
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin