Təhsil müəssisələrinin açılması epidemioloji vəziyyətlə bağlıdır

12:07 - 15 Avqust 2020 - Xəbər

“Təhsil müəssisələrinin açılması ilə bağlı konkret vaxt yoxdur”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“İnsanların ən çox cəmləşdiyi, kütləviliyin olduğu  müəssisələrdən biri məhz təhsil müəssiələridir. Bu müəssisələrin açılması birbaşa olaraq epidemioloji vəziyyətlə bağlıdır. Təhsil İnstitutu tərəfindən burada olan proseslər qiymətləndirilir, imkanlar və resurslar nəzərə alınır. Məktəblərin açılmasını istəyən valideynlərimizlə yanaşı, narahatlıq hissi keçirən valideynlərimiz də var. Hər birimizi bu məsələ narahat edir. Uşaqlar evdə qalarkən onların kompüter oyunlarına aludəlikləri də yaranır. Bu da uşaqlara müəyyən psixoloji təsirlər edir”.///report

Xəbər xətti