AB erməni təxribatına münasibət bildirdi

13:42 - 13 İyul 2020 - Xəbər

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Azərbaycan-Ermənistan sərhədində baş verən insidentlə bağlı narahatlığını bildirib.

Bunu o öz Tvitter səhifəsində yazıb.
“Ermənistan-Azərbaycan sərhədindəki atışmaya görə çox narahatam. Hər iki tərəf təmkinlilik göstərməli, birbaşa və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəsilə bütün rabitə kanallarından istifadə etməlidirlər”, - T.Klaar bildirib.///Axar.az

Xəbər xətti